Azərbaycanda bədbəxt hadisə – Uşağı “tok” vurdu, qolu amputasiya edildi

Şəmkir rayonunda bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, rayonun Dəllər Cəyir kənd sakini, 2009-cu il təvəllüdlü Hüseynov Şadxan kənd uşaqları ilə gizlən-qaç oynayan zaman yaxınlıqdakı elektrik transformatorun arxasında gizlənib.

Bu zaman uşağın qolu yüksək gərginlikli elektrik xəttinə toxunub və onu “tok” vurub. Ş.Hüseynov qolu yanığa bağlı amputasiya edilib.