Bakının bu qəsəbəsində yollar bərbad vəziyyətdədir – VİDEO

Nobel prospekti, Elektrotok qəsəbəsində yollar düz 10 ildir bərbad vəziyyətdədir.

Bu da ərazidə yaşayan insanların gediş-gəlişində və avtomobillərin hərəkətində problemlərə səbəb olur.

Sakinlərin dediyinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, məsələ öz həllini tapmayıb.

//oxu.az