“Novruz” yarmarkaları təşkil olunacaq – Vaxt və ünvanlar

Bakı şəhəri rayonlarında martın 2-dən etibarən hər həftənin şənbə və bazar günlərində, martın 16-dan 21-dək isə hər gün “Novruz” yarmarkaları fəaliyyət göstərəcək.

Median.Az xəbər verir ki, Bakı şəhərində 14 yerdə kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları təşkil olunacaq.

Yarmarkalar aşağıdakı ünvanlarda təşkil olunacaq:

S/s Rayon Ünvan Sahəsi
(kv.m)
Qeyd
  Binəqədi 7-ci mikrorayon, Kunanbayev küçəsi 1500  
  Xətai Məzahir Rüstəmov küçəsinin Sarayevo və S.Ə.Şirvani küçələri ilə kəsişməsi 2000  
  Qaradağ Lökbatan qəsəbəsi, 28 may küçəsi, Olimpiya İdman bazasının qarşısındakı sahə 2000  
  Nəsimi Mərdanov Qardaşları küçəsi 59 420  
  Nərimanov F.X.Xoyski prospekti, Qələbə meydanı 5000  
  Pirallahı Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi 14 №li evin qarşısındakı qeyri-yaşayış obyekti 150  
  Sabunçu Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 72 1800  
  Suraxanı Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış sahəsi, “Günəş” ticarət mərkəzi 900  
  Xəzər Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, döngə 2 500 KTN-yi ilə birgə
  Yasamal H.Cavid prospekti, AMEA-nın binasının qarşısındakı park 600 KTN-yi ilə birgə
  Nizami C.Naxçıvanski küçəsi 74, 8-ci km yarmarkası 10000  
  Qara Qarayev prospekti 55/57 ünvanın qarşısı, “Orbita” ticarət mərkəzinin avtomobil dayanacağı 600 KTN-yi xətti ilə
  Səbail Seyran Məmmədov küçəsi 6 200  
  Nizami küçəsi 154, “Landmark” mehmanxanasının yanı 600 KTN-yi xətti ilə