Bakıda Novruz yarmarkaları açılır – ÜNVANLAR

Novruz bayramının yaxınlaşması ilə əlaqədar martın 2-dən etibarən paytaxtın bütün rayonlarında Novruz yarmarkaları fəaliyyətə başlayacaq.

Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bu yarmarkalarda respublikamızın müxtəlif bölgələrindən gəlmiş fermerlər şəhər sakinlərinə müxtəlif kənd təsərrüfatı mallarını bazar qiymətlərindən xeyli ucuz təklif edəcəklər. Məhsulların keyfiyyəti və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət ediləcək.

Həmçinin, paytaxt sakinlərinin rahatlığı üçün 12 yerdə, ilk növbədə, metro stansiyalarının yaxınlıqlarında 23-dən çox Novruz çadırları quraşdırılıb.

Yarmarkalar martın 25-nə kimi davam edəcək.

Rayonlar Yarmarkaların ünvanları
1. Binəqədi 7-ci mikrorayon, A.Kunanbayev küçəsi ilə S.S. Axundov küçəsinin kəsişməsi
2. Qaradağ Lökbatan qəsəbəsi, 28 May küçəsi
3. Xətai Məzahir Rüstəmov küçəsi 10,12, 21, 23 saylı yaşayış binaların əhatə dairəsi – (Məzahir Rüstəmov küçəsinin Sarayeva və S. Ə. Şirvani küçələri ilə kəsişməsi)
4. Xəzər Mərdəkan qəsəbəsi S.Yesenin küçəsi – 106    (köhnə avtovağzal ərazisi)
5. Pirallahı Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi 14 nömrəli evin qarşısındaki  qeyri-yaşayış obyekti
6. Nərimanov “Gənclik” metrostansiyasının çıxışı, Fətəli Xan Xoyski prospekti, 79 saylı binanın qarşısı
7. Nəsimi Mərdanov qardaşları küçəsi 59
8. Nizami Şirin Mirzəyev küçəsi ilə Qara Qarayev küçəsinin kəsişməsi ( “Praqa” şadlıq evi ilə üzbəüz)
9. Sabunçu Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi ilə Muxtar Fətəliyev küçəsinin kəsişməsi, bina 72-nin qarşısı
10. Səbail Nizami küçəsi  (“Land Mark”ın yaxınlığında)
11. Suraxını Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, “Günəş” ticarət mərkəzi
12. Yasamal H.Cavid prospekti (H.Cavid parkının ərazisində )

//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *