Ucarda “Hyundai” ananı və azyaşlı qızını vurub, öldürüb

Median.Az xəbər verir ki, martın 3-də Küçəkənd kəndi ərazisində Bərdə rayon sakini Rəşid Cavadov idarə etdiyi “Hyundai” markalı avtomobillə kənd sakinləri Aynur İsgəndərovanı və onun qızı Ayşən İsgəndərovanı (2014-cü il təv.) vurub.

Nəticədə qadın hadisə yerində, uşaq isə YPX əməkdaşları tərəfindən Mərkəzi rayon xəstəxanasına aparılarkən yolda ölüb.

Ucar RPŞ-də faktla bağlı araşdırma aparılır.