Göyçayda yanğın: ölən və yaralanan var

Göyçay rayonunda birmərtəbəli üçotaqlı evdə yanğın baş verib.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğının kəşfiyyatı zamanı 1976-cı il təvəllüdlü Niftəliyev Bəxtiyar Bahadur oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Hadisə zamanı daha bir nəfərin xəsarət aldığı bildirilir.