Avropa Liqasının final oyunu günü Bakıda nəqliyyat pulsuz olacaq

UEFA Avropa Liqasının final oyunu zamanı bileti olanlar və akkreditasiyadan keçmiş mətbuat nümayəndələri ictimai nəqliyyatdan ödənişsiz istifadə edəcəklər.

Bunu AFFA-nın baş katibi Elxan Məmmədov qurumun hesabat konfransında deyib.

O bildirib ki, final oyunu ilə əlaqədar 20 min azarkeşin hava yolu ilə ölkəmizə gələcəyi gözlənilir.

Xatırladaq ki, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu mayın 29-da Bakı vaxtı ilə saat 23:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.