Bir ilə sərvətini 19 milyard dollar artırıb, dünyanın ən varlı adamı reytinqində liderliyi qoruyub

“Amazon” onlayn-mağazasının yaradıcısı milyarder Ceff Bezos “Forbes” jurnalının illik dünyanın ən varlı insanlarını əks etdirən reytinqində lider mövqeyini qoruyub.

Median.Az Trend-ə istinadən bildirir ki, Bezos bir ilə sərvətini 19 milyard dollar artırıb.

Hal-hazırda Bezosun var-dövləti 131 milyard dollar təşkil edir (ötən il – 112 miyard dollar).

Xatırladaq ki, Bezos 2018-ci ilin mart ayında daha öncə reytinqə başçılıq edən “Microsoft”un yaradıcısı Bill Geytsi ötərək birinci pilləyə yüksəlib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *