Nərimanov rayonunda su kəsiləcək

Bakının Nərimanov rayonunun bir hissəsində su olmayacaq.

Bu barədə oxu.az-a “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonu Molla Cümə küçəsində su təchizatı sistemində yenidənqurma işlərinin aparılması ilə əlaqədar gün ərzində rayonun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.