Dağıstanda bağçada kütləvi zəhərlənmə – 14 uşaq xəstəxanadadır

Dağıstanın Məhərrəmkənd rayonunda uşaq bağçasında kütləvi zəhərlənmə olub.

Median.Az xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyinin saytında məlumat yerləşdirilib.

Bildirilir ki, 14 uşaq xəstəxanaya yerləşdilib. Onlar əsasən 2-4 yaş qrupuna aid körpələrdir.

Uşaqlara qida zəhərlənməsi diaqnozu qoyulub və vəziyyətlərinin ağırlığı üçüncü dərəcəli qiymətləndirilir. Nazirlik hadisə yerinə mütəxəssislər göndərməyə hazırlaşır.