Novxanıda “Mercedes” piyadanı vurub, öldürüb

Median.Az xəbər verir ki, martın 8-i gecə saat 1 radələrində Novxanı qəsəbəsində Sumqayıt şəhər sakini S.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə qəsəbə sakini M.Mütəllimzadəni vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Abşeron RPİ-də faktla bağlı araşdırma aparılır.