Şirvanda və Şəkidə narkotiklərlə əlaqədar 2 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Namiq Məmmədovun evinin həyətinə baxış zamanı, oradan 1 kq 900 qram marixuana aşkar ediblər.

Bundan başqa, Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini Nail Qasımovdan 470 qram marixuana götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.