Dünyanın 25 şirkəti “Boeing 737 MAX-8” tipli təyyarələrin istismarını dayandırıb

Dünyanın 25 hava yolu şirkəti Efiopiyada “Boeing 737 MAX-8” tipli sərnişin təyyarəsinin qəzaya uğramasından sonra həmin təyyarələrin istismarından imtina edib.

Median.Az report-a istinadən xəbər verir ki, Avstraliya, Sinqapur, Malayziya, İndoneziya, Çin, Cənubi Koreya, Oman kimi ölkələrin şirkətləri adıçəkilən təyyarənin istismarını dayandırıblar.

Xatırladaq ki, Efiopiyadakı təyyarə qəzası nəticəsində 157 nəfər ölüb.