Göyçayda 22 yaşlı gənc bıçaqlandı

Göyçayda bıçaqlanma hadisəsi baş verib.

Median.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Alxasava kəndində qeydə alınıb.
Kənd sakini, 1997-ci il təvəllüdlü İmranov Bilal Bəhman oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.