Sabunçu rayonunda “Mercedes” piyadanı vurub, öldürüb

Median.Az xəbər verir ki, martın 12-i gecə saat 2 radələrində Bakıxanov qəsəbəsində, Bakı şəhər sakini E.Cəfərov idarə etdiyi “Mercedes” markalı avtomobillə paytaxt sakini İ.İslamovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu RPİ-də fakktla bağlı araşdırma aparılır.