Ağcabədi sakinindən 6 kq. marixuana aşkar edilib

Median.Az xəbər verir ki, Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Həsənov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə – heroin, yaşadığı evdən isə əlavə 6 kq. 100 qram marixuana aşkar edilib.

RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.