Narkotiklərlə əlaqədar 3 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Binəqədi RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Qədimovdan 1 qrama yaxın heroin aşkar ediblər.

Bundan başqa, Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Pirallahı qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Hunqutayevdən 487 qram marixuana götürülüb.

Sumqayıt ŞPİ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini A.Balayevdən 470 qram marixuana aşkar ediblər.

Faktlarla bağlı araşdırma aparılır.