Ağdaşda mikroavtobus yol qəzasına düşüb

Ağdaş rayonunda mikroavtobus yol qəzasına düşüb.

Median.Az-ın report-a istinadən verdiyi xəbərə görə, hadisə Bakı-Qazax avtomobil yolunun 260-cı km-də, Ağdaş rayon Ləki kənd ərazisində qeydə alınıb.

Şəmkir rayon sakini, 1965-ci il təvəllüdlü Elçin Qasımovun idarə etdiyi “57-BZ-611” dövlət qeydiyyat nişanlı “Mercedes” markalı mikroavtobus yola çıxan inəyi vuraraq öldürüb. Yol qəzası zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə zərər dəyib.

Mikroavtobus Bakıdan Şəmkir istiqamətində hərəkətdə olub.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *