Tovuzda “ZİL” aşıb, sərnişin ölüb

Median.Az xəbər verir ki, martın 17-i saat 17 radələrində Əsrik-Cırdaxan kəndi ərazisində, kənd sakini Əfqan Quliyev idarə etdiyi “ZİL” markalı yük avtomaşını aşırıb.

Nəticədə sərnişin Əli Abbasov hadisə yerində ölüb.

Tovuz RPŞ-də faktla bağlı araşdırma aparılır.