Suraxanıda silsilə oğurluqlar törədən yeniyetmələr saxlanılıb

Median.Az xəbər verir ki, Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 9-dan bu il yanvarın 30-dək olan müddətdə rayon ərazisindəki 5 evdən pul, qızıl və məişət əşyaları oğurlayan Bakı şəhər sakini olan yeniyetmə saxlanılıb.

Bundan başqa, 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2 mağazadan tütün məmulatı, danışıq kartları, parfümeriya və geyim əşyaları, 4 evdən pul, təmir-tikinti alətləri və məişət əşyaları, habelə vətəndaş B.Kərimovun cibindən pul oğurlayan Bakı şəhər sakini yeniyetmə saxlanılıb.

Suraxanı RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işləri başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *