Polis maşını yoldan çıxaraq aşıb – Yaralanan var – VİDEO

Bu gün axşam saat 18:00 radələrində Qobustan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Mərəzə qəsəbəsi yaxınlığında Dövlət Yol Polisinə məxsus BMW markalı avtomobil yoldan çıxaraq aşıb.

Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məlumatı təsdiq edib. O, BAKU.WS-in əməkdaşı ilə söhbətində bildirib ki, hadisə Bakı-Şamaxı yolunun 72-ci kilometrliyində qeydə alınıb. İlkin məlumata görə, DYP-yə məxsus avtomobil idarəetməni itirərək aşıb. Hadisə nəticəsində bir nəfər polis əməkdaşı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.//Baku.ws