Tovuzda avtomobil təmiri zamanı bədbəxt hadisə – FOTO

Tovuzda 32 yaşlı kişi ehtiyatsızlıq ucbatından xəsarət alıb.

Hadisə rayonun Yanıqlı kəndində baş verib.

Kənd sakini, 1987-ci il təvəllüdlü Röyal Qurbanov avtomobil təmir edən zaman diqqətsizlik səbəbindən yanıq xəsarəti alıb.

R.Qurbanov dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.