Zabratda “VAZ 2107” piyadanı vurub, öldürüb

Median.Az xəbər verir ki, martın 25-i saat 23 radələrində Zabrat qəsəbəsində Bakı şəhər sakini C.Abuzərli idarə etdiyi “VAZ-2107” markalı avtomobillə qəsəbə sakini Dilarə Səlimovanı vurub.

Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Sabunçu RPİ-də faktla bağlı araşdırma aparılır.