“Yanardağ” qoruğunun rəhbəri dəyişdi

Dövlət Turizm Agentliyi yanında “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun direktoru Malik Fətullayev öz istəyi ilə vəzifəsindən azad edilib.

Median.Az “Report”a istinadən xəbər verir ki, onu müvəqqəti olaraq bu il fevralın 1-dən qoruğun direktor müavini təyin edilmiş Ramin Cəfərov əvəz edir.

O, “Yanardağ”da vəzifəyə təyin olunmazdan əvvəl Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət departamentində çalışıb.
PAYLAŞ

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *