Metroda qadının 50 manat pulunu oğurlayan şəxs tutulub

Median.Az xəbər verir ki, Bakı şəhər BPİ, Metropolitendə polis şöbəsi və Xətai RPİ 37-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini olan qadının çantasından 50 manat və sənəd oğurlayan paytaxt sakini, əvvələr məhkum olunmuş A.İqorov saxlanılıb.

Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.