Ölkədən çıxışına məhdudiyyət qoyulan şəxslərə ŞAD XƏBƏR – FOTO

Heydər Əliyev Beynəlxalq Hava limanında Elektron Ədliyyə Köşkləri yerləşdirilib.

Median.Az AZAL-ın rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir ki, bu köşklər vasitəsilə vətəndaşlar borcları barədə öyrənə, onları ödəyə, eləcə də ölkədən çıxışına qoyulan məhdudiyyətləri dəqiqləşdirə bilər.

Məlumatda qeyd olunur ki, bu köşklərdən həmçinin yetkinlik yaşına çatmamış şəxslərin ölkədən çıxışı üçün razılıq ərizlərini əldə etmək mümkündür.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *