Salyanda “Hyundai” aşıb, 2 nəfər ölüb

Median.Az xəbər verir ki, Sarvan kəndi ərazisində Neftçala rayonun sakini Şəhriyar Abışovun idarə etdiyi “Hyundai” markalı avtomobil kanala aşıb.

Qəza nəticəsində sərnişin Mərhəmət İsrafilov hadisə yerində ölüb, sürücü və daha 2 sərnişin müxtəlif xəsarətlərlə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq sürücüsü orda vəfat edib.

Salyan RPŞ-də faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *