Nizami rayonunda xadimə evdən 40.000 manatlıq qızıl oğurlayıb

Median.Az xəbər verir ki, Nizami RPİ-nin 25-ci polis şöbəsinə rayon ərazisindəki mənzillərin birindən naməlum şəraitdə 40.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində evdə xadimə işləyən Bakı şəhər sakini S.Abdulova saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *