Ramil Usubovdan növbəti təyinat

Salyan rayon Polis şöbəsi rəisinin əməliyyat üzrə müavini vəzifəsinə yeni təyinat olub.

Bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə İlqar Şabanov təyinat alıb. O, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini Faiq Şabanovun qardaşıdır.

Qeyd edək ki, Salyan rayon Polis şöbəsi rəisinin əməliyyat üzrə keçmiş müavini Əbülfət Abdullayev İsmayıllı RPŞ-də eyni vəzifəyə təyin edilib.


//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *