Miri Yusif üç günlük solo konsert barədə danışdı

Miri Yusif iyunda baş tutacaq konsertlə bağlı bir sıra suallara aydınlıq gətirib.

Median.Az-ın xəbərinə görə, bu haqda “SS-production” şirkətinin “İnstagram” səhifəsində video məlumat yerləşdirilib. Hazırlanan videoda Miri Yusif yaradıcılığı barədə danışıb.

Müğənni həmçinin konsertə gələn pərəstişkarlarını yeni mahnılarla sevindirəcəyini də vəd edib.

Qeyd edək ki, iyunun 7-9-u tarixlərində Miri Yusifin “Yaşıl teatr”da konserti keçiriləcək.