Avtomobil aşdı, sürücü hadisə yerində öldü – FOTO

Samuxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Kür yolu deyilən ərazisində qeydə alınıb.

Median.Az-ın Oxu.Az-a istinadən verdiyi xəbərə görə, sürücü 1970-ci il təvəllüdlü Qurbanov Azər Hidayət oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil körpünün kənarındakı məhəccərə çırpılaraq aşıb.

Sürücü hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *