Bakıda binalara yeni liftlər quraşdırılacaq – Qiyməti 13 min dollar

İlin sonunadək Bakıda 541 liftin quraşdırılması planlaşdırılır.

Median.Az “report”a istinadən xəbər verir ki, bunu Bakı Lifttəmir İstehsalat Birliyinin sədri Xalid Ələkbərov deyib.

O qeyd edib ki, növbəti mərhələdə liftlər Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində quraşdırılacaq: “Məqsəd istifadəyə yararsız liftlərin yeniləri ilə əvəzlənməsidir”.

X.Ələkbərov bir liftin qiymətinin 12 800 ABŞ dolları olduğunu deyib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *