Xətai rayonunda 2 evdən külli miqdarda pul oğurlayan şəxs tutulub


Median.Az
xəbər verir ki, Xətai RPİ 34-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 22-də rayon ərazisindəki evdən, içərisində 1150 manat və 100 dollar olan seyf, aprelin 27-də isə digər evdən 1400 manat və çanta oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Cabbarov saxlanılıb.

Xətai RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *