London məhkəməsi Assanja hökm oxudu: 50 həftə həbs

London məhkəməsi qarşısına çıxarılan “Wikileaks”in təsisçisi Culian Assanj haqda məhkəmə hökmü verilib.

Median.Az avropa.info-ya istinadən xəbər verir ki, Assanj məhkəmə tərəfindən qoyulan zaminlik şərtlərini yerinə yetirmədiyinə görə, 50 həftə həbs cəzasına məhkum edilib.

“Siz polisə öz istəyinizlə təslim olmadınız. Ekvador səfirliyi ingilis polisini binaya dəvət etməyə məcbur oldu”, – hökmü çıxaran Debora Teylor Assanja belə deyib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *