Paytaxtda avtomobillər qaçıran 2 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Binəqədi RPİ 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini N.Ağayevin “VAZ-2107” markalı avtomobilini qaçıran paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Sadıqov saxlanılıb.

Bundan başqa, Yasamal RPİ 29-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Hacıyev, aprelin 29-da Talıblı küçəsindən “Niva” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs R.Rüstəmov küçəsində avtomobillə birgə saxlanılıb, onun Abşeron rayon sakini A.Rüstəmov olması məlum olub.

Faktlarla bağlı araşdırmalar aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *