Median.Az xəbər verir ki, Kürdəmir RPŞ-nə rayon ərazisində bir neçə oğurluq faktı barədə müraciətlər daxil olub.

Median.Az xəbər verir ki, Kürdəmir RPŞ-nə rayon ərazisində bir neçə oğurluq faktı barədə müraciətlər daxil olub.

Aparılmış araşdırma ilə, rayon telekommunikasiya qovşağına məxsus 4 rabitə quyusundan qapaqların, Xırdapay kənd qəbristanlığından su çəninin, şəhər sakini M.Hacıyevin həyətindən 201 kq. metal qırıntılarının və rayon sakini M.Abbasova məxsus bərbərxanadan kondisionerin oğurlanması müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Ziyad Şıxalıyev saxlanılıb.

Bundan başqa, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki istirahət parkından 2 ədəd elektrik dirəyi və 9 ədəd işıq plafonu oğurlayan şəhər sakini K.Abbasov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *