Bakıda ad günündən qayıdan ailə yol qəzasına düşüb, 3 yaralı var

Bakının Səbail rayonunda ağır yol qəzası baş verib.

Median.Az report-a istinadən xəbər verir ki, Bayıl qəsəbəsində iki minik maşınının toqquşması nəticəsində ad günündən qayıdan bir ailənin 3 üzvü xəsarət alıb.

Məlumata görə, “90-CF-723” dövlət qeydiyyat nişanlı avtomobildə olan 1979-cü il təvəllüdlü Muradov Şahin və 2009-cu il təvəllüdlü Muradov Məhəmməd qapalı kəllə-beyin travması, 2007-ci il təvəllüdlü Muradlı Zöhrə isə qarının küt travması diaqnozu ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *