Hövsanda piyadanı vurub, öldürən “Opel” sürücüsü saxlanılıb

Median.Az xəbər verir ki, aprelin 27-i saat 22 radələrində Hövsan qəsəbəsində müəyyən edilməmiş avtomobillə 35-40 yaşlı kişi vurulub.

Nəticədə piyadan hadisə yerində ölüb.

Suraxanı RPİəməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumun Bakı şəhər sakini İlqar Məmmədov olması, yol-nəqliyyat hadisəsinin isə “Opel” markalı avtomobillə törədilməsi müəyyən edilib. Həmin nəqliyyat vasitəsini idarə edən paytaxt sakini İ.Həşimov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *