Paytaxtda iki əsas avtomagistralda sürət həddi endirildi – Yağısa görə

Bakının əsas magistral avtomobil yollarında sürət həddi endirilib.

Median.Az Trend-ə istinadən bildirir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, hazırda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Məqsəd yağışlı hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Hərəkət iştirakçılarına hava şəraitini nəzərə almağı eləcə də ehtiyyatlı olmağı tövsiyyə edirik.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *