Bərdədə kütləvi dava: yaralılar var – VİDEO

Bərdə rayonunun Ərəblər kəndində kütləvi dava baş verib.

Oxu.az-ın məlumatına görə, kənd sakinlərinin otlaq sahəsində başlanan mübahisəsi kütləvi davaya çevrilib.

Hadisə nəticəsində iki nəfər kənd sakini – Sərdar Ələkbər oğlu Əhmədov və oğlu Elgün Əhmədov müxtəlif bədən xəsarəti alıblar.

Hər ikisi Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.