Binəqədi rayonunda 4 evdən oğurluq edən şəxs saxlanılıb

Median.Az xəbər verir ki, Binəqədi RPİ 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini N.Hüseynov saxlanılıb.

Araşdırma zamanı, onun rayon ərazisindəki 4 evdən kombi, təmir-tikinti alətləri, samovar, su mühərriki və elektrik naqili oğurlaması məlum olub.

Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *