Bakıda sərnişin avtobusu piyadanı vurub, yolda tıxac yaranıb

Paytaxtın Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az ONA-ya istinadən xəbər verir ki, “Neftçilər” metro stansiyası yaxınlığında yolu keçmək istəyən orta yaşlı qadını avtobus vurub.

Hazırda yaralının vəziyyətinin kafi olduğu bildirilir. Yolda sıxlıq var.