Çay evində arvadını öldürməyə cəhd edən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Şəki rayon sakini Rəcəb Məmmədovun (1984-cü il təv.) CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az xəbər verir ki, cinayət ötən il oktyabrın 19-da Xətai rayonu, Cavanşir küçəsində yerləşən “Şəhrizad” çay evində baş verib. Belə ki, Rəcəb Məmmədov orada arvadı Günel Məmmədovanı (1986-cı il təv.) bıçaqlayıb, hadisə yerindən qaçıb. Şahidlərin köməkliyi ilə qadın xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

R.Məmmədov Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 7 il 10 ay müddətinə azadlıqdan məhrum olunub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *