Bakıda 24 yaşlı gənc bıçaqlanıb

Bakıda 24 yaşlı gənc bıçaqlanıb.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Yasamal rayonu Zərgər Palan küçəsi 87 ünvanında qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Əbülqasım Nəzərov naməlum şəxs (və ya şəxslər) tərəfindən bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzin Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *