Gəncədə 30 yaşlı kişi özünü asdı

Gəncədə intihar hadisəsi qeydə alınıb.

Oxu.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin F.Əsgərov küçəsi dalan 2, ev 6 ünvanında qeydə alınıb.

1989-cu il təvəllüdlü İsmayılov Sərxan Nadir oğlu yaşadığı evdə özünü asıb.

İlkin ehtimallara görə, dərziliklə məşğul olan S.İsmayılovun bu addımı atmasına ailəsindəki problemlər səbəb olub.