Gəncədə oğurluq edən 5 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 20-dən 27-dək olan müddətdə rayon ərazisindəki bir evdən 2000 manat və 2800 manat dəyərində qızıl-zinət əşyaları, 4 mağazadan pul, spirtli içki və tütün məmulatı oğurlayan Gəncə şəhər sakinləri olan 2 yeniyetmə saxlanılıb.

Bundan başqa, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 6 avtomobildən akkumulyator oğurlayan Gəncə şəhər sakini N.Abbasov saxlanılıb.

Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-dən aprelin 27-dək olan müddətdə rayon ərazisindəki inzibati binadan 2 ədəd kondisioner mühərriki, habelə 5 avtomobildən akkumulyator oğurlayan Gəncə şəhər sakini E.Əsgərov saxlanılıb.

Nizami RPİ-nin əməkdaşları tərəfindən mayın 1-də rayon ərazisində “ZİL” markalı avtomаşınından 2200 manat və qızıl üzük oğurlayan Gəncə şəhər sakini N.İsmayılov saxlanılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *