Sumqayıtda kişi arvadını yatdığı yerdə boğub – TƏFƏRRÜAT

Sumqayıtda arvadını boğaraq öldürməkdə təqsirləndirilən Şamil Axundovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Median.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiirlib.

Məhkəmənin baxış iclasının mayın 12-nə təyin edilib.

İttihama görə, bu il yanvarın 11-də Sumqayıt şəhərinin Birləşmiş məhəlləsində Şamil Axundov qısqanclıq zəminində həyat yoldaşı 1991-ci il təvəllüdlü Leyla.Axundovanı yatdığı yerdə boğaraq öldürüb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *