Sabirabadda “VAZ 2016” kanala aşıb, 2 nəfər ölüb

Median.Az xəbər verir ki, mayın 8-i saat 22 radələrində Kovlar kəndi ərazisində, Şamaxı rayon sakini A.Nuriyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili su kanalına aşırıb.

Nəticədə sərnişinləri – atası Sabahəli və qardaşı Zamin hadisə yerində ölüblər, sürücü və onun anası Mərkəzi rayon xəstəxanasına yerləşdirilmişlər.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *