Şəmkirdə yeniyetmə velosipedlə uçuruma düşüb

Şəmkir rayonunda 16 yaşlı yeniyetmə velosipedlə uçuruma düşüb.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 2003-cü il təvəllüdlü Nizami Malik oğlu Qasımov velosipedlə hərəkətdə olan zaman uçuruma yıxılıb. Ağır xəsarətlər alan yeniyetmə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *