Sumqayıtda arvadını yatağda boğan şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Şamil Axundovun CM-nin 120-ci (qəsdən adam öldürmə) maddəanvarıysi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Median.Az xəbər verir ki, bu il yanvarın 10-da Sumqayıt ŞPİ-nin əməkdaşları Birləşmiş məhəllədə (7-8-12 məhəllə) yerləşən mənzildə yaşayan Leyla Axundovanın (1991-ci il təv.) meyiti yataq otağında aşkar edilib. Məlum olub ki, qadın əri Şamil Axundov tərəfindən qısqanclıq zəminində
qətlə yetirilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Axundov saxlanılıb.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş baxışa verilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *